fbpx

Əməkdar mədəniyyət işçisi Əsəd Əsədov vəfat etdi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, səs operatoru, səs rejissoru Əsəd Əsədov vəfat edib.

Metbuat.az xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əsəd Fərrux oğlu Əsədov 1947-ci il martın 1-də Bakıda anadan olub. 1970-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib. 100-ə yaxın bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissoru olub. “Yaramaz” filminə görə dövlət mükafatı (1991), “Ailə” filmindəki işinə görə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına layiq görülüb (2003).

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Dövlət Mükafatı laureatıdır. 2023-cü ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Allah rəhmət eləsin!

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Əməkdar #mədəniyyət #işçisi #Əsəd #Əsədov #vəfat #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu