fbpx

Emin Əmrullayev Fransadadır – FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir


Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada səfərdədir.

Nazirlikdən Metbuat.az verilən məlumata görə, martın 27-də elm və təhsil naziri Emin Əmrullayev Strasburq Universitetinin rektoru Mişel Denekenlə görüşüb. Tərəflər elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elmi-tədqiqat və tələbə mübadiləsi sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Görüşdə, həmçinin Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2024-2030-cu illər üzrə inkişaf perspektivləri barədə təqdimat keçirilib.

İkigünlük səfər çərçivəsində nümayəndə heyəti Strasburq Universitetinin müxtəlif elmi laboratoriyaları və tədqiqat mərkəzlərinə baş çəkib, eləcə də universitetdə hazırda təcrübə keçən UFAZ tələbələri ilə görüşüb.

Qeyd edək ki, UFAZ 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılıb. UFAZ Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa tərəfindən isə Strasburq Universitetinin idarə etdiyi konsorsium çərçivəsində məzunlara iki diplom təqdim edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Emin #Əmrullayev #Fransadadır #FOTO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu