fbpx
Xəbərlər

Emin Əmrullayev Qaribaşvili ilə görüşdü

BEY.AZ informasiya agentliyi xəbər verir



Elm və təhsil naziri Emin Əmrullayevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə iki ölkə arasında ali təhsil və elm sahələrində əməkdaşlıq perspektivləri vurğulanıb.

Metbuat.az xəbər verir ki, bunu Emin Əmrullayev “Twitter” hesabında yazıb.

“Mayın 19-da Gürcüstana səfər çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüş keçirdik. Görüşdə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edirdilər.

Görüş zamanı Azərbaycanda gürcü dilində, Gürcüstanda isə Azərbaycan dilində tədris aparılan məktəblərin fəaliyyəti yüksək qiymətləndirildi, ümumi, ali təhsil və elm sahələrində əməkdaşlıq perspektivləri vurğulandı”, – o qeyd edib.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Emin #Əmrullayev #Qaribaşvili #ilə #görüşdü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu