fbpx

Emin Əmrullayev Türkiyənin təhsil naziri ilə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Türkiyənin milli təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşüb.

Metbuat.az xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında ümumi və peşə təhsili sahəsində ötən il həyata keçirilən birgə fəaliyyət, o cümlədən müəllim və şagird mübadiləsindən məmnunluq ifadə edilib. Cari ildə peşə təhsili müəssisələrinin məzmun və tədris baxımından yenidən qurulması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, nümayəndə heyətinin səfəri fevralın 1-dək davam edəcək.

Səfər çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, STEAM İnnovasiya Mərkəzi, Bakı Avropa liseyi, Bakı Türk Anadolu liseyi və digər təhsil müəssisələrinə ziyarət də nəzərdə tutulub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Emin #Əmrullayev #Türkiyənin #təhsil #naziri #ilə #görüşüb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu