fbpx

Energetika sahəsi üzrə dövlət siyasətinin əsas prinsipləri müəyyən edilir

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda energetika sahəsində dövlət siyasətinin 6 əsas prinsipi olacaq.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisə daxil olmuş “Energetika haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin prinsiplər aşağıdakılardır:

– energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması;

– energetika sahəsində ayrı-seçkiliyin yolverilməzliyi;

– energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı;

– bu Qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması;

– enerji istehlakçılarının hüquqlarının müdafiəsi;

– energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Energetika #sahəsi #üzrə #dövlət #siyasətinin #əsas #prinsipləri #müəyyən #edilir

Bir Cevap Yazın

Başa dön tuşu