Ərəb Liqası Qəzza üçün təcili toplandı
İsrailin Qəzza zolağına hücumlarını müzakirə etmək üçün Misirin paytaxtı Qahirədə Ərəb Liqasının xarici işlər nazirləri səviyyəsində təşkil etdiyi fövqəladə toplantı Yekun Bəyannamənin oxunması ilə başa çatıb.
Metbuat.az xəbər verir ki, bəyannamədə, hər iki tərəfdən (İsrail-Fələstin) mülki vətəndaşların öldürülməsi pislənilib və bütün mülki əsirlərin dərhal azad edilməsinə çağrılıb. Bəyannamədə tərəflər mötədilliyə dəvət edilib və İsrail blokadada olan Qəzza zolağına hücumlarını dayandırmağa və bölgədə gərginliyi azaltmağa çağrılıb. Bəyannamədə Fələstin xalqının məruz qaldığı zorakılıq və pozuntular pislənərək Qəzzanın blokadasının dərhal aradan qaldırılması və bölgəyə yanacaq, qida və yardımların çatdırılmasına icazə verilməsi çağırışı edilib.
Ərəb Liqası həmçinin Fələstin xalqını köç etməyə məcbur etmək cəhdlərinə qarşı xəbərdarlıq edib.