fbpx
Xəbərlər

BNA hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Nəqliyyat Agentliyi (BNA) fevralın 9-da gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlığına əsasən hərəkət iştirakçılarını müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Metbuat.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

“Qarlı və şaxtalı hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələrinə tövsiyə edirik. Həmçinin sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”, – BNA bildirir.

Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə almağa və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmağa çağrılıb. Ümumilikdə isə kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə edilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#BNA #hava #şəraiti #ilə #bağlı #hərəkət #iştirakçılarına #xəbərdarlıq #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu