fbpx

Ərəblərin fantastik təklifini rədd edən Lukaku bu klubu seçdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“Çelsi”nin belçikalı ulduzu Romelu Lukaku “Roma” klubuna transfer olmaq üzrədir.

Metbuat.az xəbər verir ki, futbolçunun “Roma” klubu ilə ilkin razılıq əldə etdiyi deyilir. “The Telegraph” yazır ki, “Yuventus” klubuna transfer olmaqdan imtina edən Lukaku, icarə əsasında “Roma”da oynamağa razılıq verib.

Lukaku bildirib ki, “Yuventus”la danışıqlar uzun çəkib. Ona görə də, o transferdən imtina edib.

Qeyd edək ki, Lukaku bundan əvəl “Əl-Hilal” klubunun transfer təklifini rədd edib. Lukaku karyerasını Avropada davam etdirmək istəyir. “Roma”nın təklif etdiyi məbləğ “Əl-Hilal”ın təklif etdiyi məbləğdən dəfələrlə azdır. “Çelsi”nin baş məşqçisi Maurisio Poçettinonun planlarına daxil olmayan Lukaku “Çelsi”nin U21 komandası ilə məşq edirdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ərəblərin #fantastik #təklifini #rədd #edən #Lukaku #klubu #seçdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu