fbpx

Ərdoğan Hindistandadır – Hansı məsələlər müzakirə ediləcək?

BEY.AZ informasiya agentliyi xəbər verir


Hindistanın paytaxtı Yeni Dehlidə “Böyük İyirmiliy”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammit başlayıb.

Metbuat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda keçiriləcək G20 Liderlər Zirvəsi çərçivəsində Yeni Dehliyə gedib.

Ərdoğan ilk olaraq rəsmi təmaslar çərçivəsində Yaponiyanın Baş naziri Fumio Kişidanı qəbul edib. Baş nazir Fumio prezident Ərdoğanın qaldığı otelin girişində xarici işlər naziri Hakan Fidan tərəfindən qarşılanıb. Qəbulda Fidandan başqa, xəzinə və maliyyə naziri Mehmet Şimşək, MİT sədri İbrahim Kalın, Prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, prezidentin baş məsləhətçiləri səfir Akif Çağatay Kılıç və Zəfər Çubukçu da iştirak edib. İki lider görüş zamanı qlobal və regional məsələləri müzakirə ediblər.

Məlumat üçün bildirək ki, “Bir dünya, bir ailə, bir gələcək” mövzusu ilə keçiriləcək sammitdə Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla bir çox mühüm məsələlər müzakirə olunacaq. Toplantı iki gün davam edəcək. Bu təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ərdoğan #Hindistandadır #Hansı #məsələlər #müzakirə #ediləcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu