fbpx

Erməni əsgərlər ordumuzla döyüşlərdən yayınmaq üçün bir-birinə xəsarət yetiriblər

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində Cinayət Məcəlləsinin özünə xəsarət yetirməklə hərbi xidmətdən yayınma, habelə qəsdən ağır və ya ağır, habelə yüngül bədən xəsarəti yetirmə maddələri üzrə cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Metbuat.az-ın Qafqazinfo.az-a istinadən məlumatına görə, 44 günlük müharibə zamanı 2020-ci il oktyabrın 19-da Ermənistanın Müdafiə Ordusunun N saylı hərbi hissəsinin hərbi qulluqçuları V.K. və N.A. hərbi vəzifələrini yerinə yetirməkdən müvəqqəti yayınmaq məqsədi güdərək, Hadrut-Xankəndi yolunun yaxınlığında qarşılıqlı razılaşma əsasında bir-birinə xəsarət yetiriblər.

N.A. ona təhkim olunmuş AK-74 avtomatından V.K.-nın sol çiyninə bir dəfə atəş açaraq onu yüngül yaralayıb. Daha sonra V.K. ona təhkim edilmiş AK-74 avtomatından N.A.-nın sağ baldır nahiyəsinə 1 dəfə atəş açaraq ona ağır xəsarət yetirib. Əsgərlərə qarşı ittiham irəli sürülüb. İbtidai istintaq yekunlaşıb, ittiham aktı ilə iş Sünik vilayəti üzrə ümumi yurisdiksiyanın birinci instansiya məhkəməsinə verilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu