fbpx

Erməni general Ermənistanda məhkəməyə verildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi, general-polkovnik Movses Akopyan qarşı İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsində iki ilə yaxındır araşdırılan cinayət işi yekunlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Bildirilir ki, şahidlərin demək olar ki, hamısı dindirilib. Yaxın günlərdə generalın məhkəməsi başlayacaq.

Xatırladaq ki, Milli Təhlükəsizlik Xidməti general Movses Akopyana qarşı dövlət sirrini yayması faktı ilə bağlı cinayət işi açıb. General 44 günlük müharibənin gedişi zamanı bir sıra qalmaqallı açıqlamalar verməklə qalmaqal yaratmışdı.

Maraqlıdır ki, işə baxılması əvvəlcə hakim Vaçe Marqaryana verilib, amma o, bundam imtina edib. Bildirib ki, əvvəllər Movses Akopyanın əsgəri olduğundan onu mühakimə etmək istəmir. Nəticədə iş hakim Manvel Şahverdyanın icraatına verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Erməni #general #Ermənistanda #məhkəməyə #verildi

Bir Cevap Yazın

Başa dön tuşu