Erməni separatçılar bu günə mitinq planlaşdırır
BEY.AZ informasiya agentliyi xəbər verir
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni separatçılar bu günə mitinq planlaşdırırlar.
Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, mitinqin saat 14:00-da Xankəndində keçirilməsi gözlənilir.
Maraqlıdır ki, sözügedən aksiyaya hazırda həmin ərazidə yaşayan əhalinin marağı o qədər də çox deyil. Belə ki, insanları meydana cəlb edə bilməyən qondarma rejim “rəhbərliy”i Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətə olanlara belə komanda verərək bildirib ki, özləri mülki geyimdə və ailə üzvləri ilə bir yerdə mitinqdə iştirak etsinlər.
Sadə vətəndaşlardan həmçinin tələb olunur ki, ailəlikcə mitinqdə olsunlar. Əldə etdiyimiz məlumata görə, “dövlət müəssisələri”ndə çalışanlara sözügedən aksiyada iştirakın məcburi olduğu barədə dəfələrlə sərt xəbərdarlıqlar edilib.
Görünür xalq arasında nüfuzunu itirən və getdikcə məngənəyə sıxılan qondarma rejimin separatçı “rəhbərliy”i mitinqə mümkün qədər çox insan cəlb etməklə arxalarında xalq dəstəyi varmış kimi imitiasiya yaratmağa çalışırlar.
Bunun üçün hətta “hüquq-mühafizə” orqanlarının əməkdaşlarına da mülki geyimlə bu mitinqdə iştirak etmək barədə göstərişlər verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Erməni #separatçılar #günə #mitinq #planlaşdırır