fbpx

“Qənirəyə dedim niyə belə arıqlamısan?”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Qənirə Paşayeva ilə bir məclisdə görüşdük. Soruşdum ki, niyə belə arıqlamısan? Bilmirəm onun xəstəliyi nə ilə əlaqədar idi”.

Metbuat.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Sənətkar mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı xatirələrini bölüşüb. K.Əliyeva bildirib ki, deputat dünyasını dəyişəndən sonra xəstələnib:

“Eşidəndə ki, Qənirə xanım komaya düşüb gecə saatlarında dərhal Mərkəzi Klinik xəstəxanaya getdim. Orada onun bacısı ilə görüşdüm. Qənirə xanımı sevənlər onlar üçün ayrılan bir otaqda xəbər gözləyirdilər. Gülyaz və Gülyanaq Məmmədova bacıları da orada idi. Qənirə xanımın ölüm xəbərini alanda xəstələndim və hərarətim 40 dərəcəyə qədər qalxdı, öskürməyə başladım. Bilmirəm mənə nə oldu. Çünki 10 il idi ki, xəstələnmirdim”.

Aktrisa mərhumun vida mərasiminə getsə də, özünü pis hiss etdiyindən Q.Paşayeva ilə uzaqdan sağollaşa bildiyini dilə gətirib:

“Dəfn günü avtomobil ilə getdim Heydər məscidinə. Çatanda gördüm ki, onun nəşini qaldırıb, dəfn etmək üçün aparırlar məzarlığa. Avtomobilimi saxladım, onların yanına getməyə heyim yox idi. Dedim ki, Qənirə xanım məni bağışla ki, səni son mənzilə yola salmağa avtomobildən edə bilirəm. Mən onun 36 yaşında yazdığı şeirlə sözlərimi çatdırmaq istəyirəm.

Sən ana ola bilmədin, amma sən Azərbaycandakı gənclərimizə, qazilərimizə, şəhidlərimizə, sənin qapına gələn hər kəsə çox böyük bir bacı oldun. Hamı sənə Qənirə bacı deyir. Sən ana ola bilməsən də sən çox ağıllı, dərrakəli, gözəl, səlist ürək sözləri deyən bacı oldun”.

Qeyd edək ki, Q.Paşayeva 48 yaşında müalicə aldığı Mərkəzi Klinik xəstəxanasında vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qənirəyə #dedim #niyə #belə #arıqlamısan

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu