fbpx

Erməni spiker üzr istədi – Peşmanam

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistan parlamentinin sədri Alen Simonyan ermənilərdən üzr istəyib.

Metbuat.az xəbər verir ki, Simonyan bu barədə feysbuk hesabında yazıb: “Mənə ünvanlanan şəxsi təhqirə əsəbiləşdiyim üçün peşmanam. Əminəm ki, ləyaqəti olan istənilən erməni belə təhqirə dözməz, lakin seçilmiş məmurun üzərinə qoyulan yüksək məsuliyyət çəkindirici rol oynamalıdır. Bu həm də mənim üçün bir dərsdir. Bu hadisə ilə əlaqədar mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istəmək istəyirəm”, – erməni spiker bildirib.

Qeyd edək ki, müxalif fəal Karen Mkrtçyanla spiker Simonyan arasında insident olub. Mkrtçyan bildirib ki, o, Alen Simonyanı görən zaman onu “satqın” adlandırıb. Bundan sonra spiker Mkrtçyanın üzünə tüpürüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Erməni #spiker #üzr #istədi #Peşmanam

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu