fbpx

“Erməni təxribatlarının hədəfi sülh gündəliyidir”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Əzəli və əbədi torpağımız olan, 44 günlük Vətən müharibəsində qəhrəmancasına işğaldan azad etdiyimiz Şuşa rayonu ətrafında mina basdırılması nəticəsində Azərbaycan Ordusunun üç hərbi qulluqçusunun xəsarət alması növbəti təxribat və hərbi cinayətdir”.

Metbuat.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.

Onun sözlərinə görə, açıq-aydın görünür ki, postkonflikt dövründə Ermənistan faktiki və konkret olaraq sülh prosesini hədəf seçib, başqa sözlə, təxribatların hədəfi sülh gündəliyidir.

Daha bir vacib məqama diqqət yetirməyin zəruri olduğunu vurğulayan komitə sədri deyib: “Hadisə baş vermiş əraziyə keçirilmiş baxış zamanı basdırılmış minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyən olunub. Deməli, həmin minalar 44 günlük müharibədən sonra qanunsuz erməni hərbi birləşmələri – separatçı ünsürlər tərəfindən basdırılıb. Bu isə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinin qeyd-şərtsiz yerinə yetirilməsinin zəruriliyini ifadə edir.

Təəssüflər olsun ki, Ermənistan regional təhlükəsizliyə real təhdid olan provokativ əməllərini beynəlxalq ictimaiyyətin gözü qarşısında davam etdirir. Lakin revanş istəyi ilə alışıb yanan, hərbi cinayətlərini, sabotaj və təxribatlarını davam etdirən bu mürtəce dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Erməni #təxribatlarının #hədəfi #sülh #gündəliyidir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu