fbpx

Erməni vəhşilikləri bəşəriyyətə qarşı ən ağır cinayətlərə səbəbdir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənilər Azərbaycan xalqına qarşı əsrlər boyu həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasəti nəticəsində ən qəddar zorakılıq üsullarından istifadə etməklə misli görünməmiş cinayətlər törədiblər.

“Böyük Ermənistan” yaratmaq xülyası ilə ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi 1905 və 1918-ci illər qətliamları ilə başlayır, 1948-53-cü illərin zorakı deportasiyası və 1988-ci ildən başlayan proseslərlə, 1992-ci il Xocalı qətliamı ilə davam edib. Mənfur qonşumuzun Qaradağlı soyqırımından sonra Xocalıda törədiləcək qətliama sistematik şəkildə hazırlaşdığını bildirən Qafqazşünaslıq institutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva Metbuat.az-a danışdı ki, Qaradağlıda törədilən soyqırımı Xocalıya hazırlıq planı idi.

İşğal siyasətinin ilk qurbanı – Bağanis Ayrım

Rüya tabirlerini burdan oku

“Hələ çar Rusiyası dövründə, yəni 1905-ci 1907-ciillərdə erməni silahlı dəstələri tərəfindən 10 minlərlə azərbaycanlı soyqırıma məruz qalmışdı. Sonralar, 1918-ci ilin mart qırğınları zamanı Azərbaycanın müxtəlif bölgələrində – Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Lənkəranda, azərbaycanlılar xüsusi qəddarlıqla soyqırıma məruz qalmışdılar. 1990-cı ildə Ermənistan sovet hakimiyyətinin böhranı zamanı işğalçı siyasini həyata keçirmək məqsədilə azərbaycanlıların yaşadığı ərazilərdə onlara qarşı soyqırımı törətməklə həmin əraziləri işğal edirdilər. Novruz bayramından bir neçə gün sonra 24 mart 1990-cı ildə Qazaxın Bağanis Ayrım kəndinə silahlı hücum edildi. Bu işğal zamanı kənddə yaşayanların evləri yandırılır, qarət edilir və sakinləri öz doğma yurd yuvalarından məcburi köçkün düşürlər. Sonrakı illərdə də Qazaxın ümumilikdə yeddi kəndi – Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı ,Yuxarı Əskipara kəndləri planlı şəkildə işğal olunur”.

Azərbaycanın Qarabağ müharibəsində itirdiyi ilk starteji məntəqə – Kərkicahan qəsəbəsinin işağlı tarixi barədə danışan müsahibimiz dedi ki, düşmən bu dəfə taktiki dəyişiklik edərək birbaşa qəsəbəyə deyil, onu Azərbaycan kəndləri ilə birləşdirən Kərkicahan-Qeybalı və Kərkicahan-Kosalar yolunu ələ keçirirlər.

Xankəndinin ürəyi – Kərkicahanın işğalı

“Azərbaycanın Kərkicahan qəsəbəsi strateji baxımdan çox önəmli qəsəbə idi. Xankəndinin yaxınlığında yerləşən Kərkicahandan Xankəndi ilə yanaşı Şuşa şəhərinə, Malıbəyli, Quşçular, Qeybalı, Kosalar kəndlərinə gedən yollara da nəzarət edilirdi. Qəsəbədə Azərbaycan ordusunun döyüşçüləri yerləşdirilmişdi. Artıq 1991-ci ilin sonlarından başlayaraq Kərkicahan qəsəbəsi mütəmadi olaraq Ermənistan silahlı dəstələrinin hücumuna məruz qalmağa başladı. Azərbaycanlıların kompakt məskunlaşdığı ən böyük yaşayış məntəqələrindən biri olan Kərkicahanın yerli əhalisi və ordu ermənilərə müqavimət göstərməyə çalışırlar. Bu müddət ərzində gedən ağır döyüşlərdə Azərbaycanın Milli qəhrəmanı Rizvan Teymurov həlak olur. Aylarla müqavimət göstərməsinə baxmayaraq Kərkicahana düşmən bu dəfə taktiki dəyişiklik edərək birbaşa qəsəbəyə deyil, onu Azərbaycan kəndləri ilə birləşdirən Kərkicahan-Qeybalı və Kərkicahan-Kosalar yolunu ələ keçirirlər. Kərkicahan müdafiəçiləri yaranmış ağır vəziyyətdə mühasirəni yararaq Qeybalı kəndinə geri çəkilirlər. Kərkicahan düşmənə təslim olur. Azərbaycan Xankəndi və ümumən, Dağlıq Qarabğdakı önəmli dayaq məntəqələrindən birini itirir. Rəsmi məlumatlara görə, qəsəbə uğrunda noyabr ayından bəri gedən döyüşlərdə 34 nəfər azərbaycanlı həlak olur, 150 nəfər isə yaralanır. 1991-ci il dekabrın 8-də döyüşlərdə həlak olan milis əməkdaşı Rizvan Teymurov isə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adını alır”.

Kərkicahanın süqutundan sonra Malıbəyli, Quşçular, Xocalı və “Dağlıq Qarabağda” azərbaycanlılar yaşayan digər kəndlərə işğal planının işə düşdüyünü söyləyən Günel Musayeva qeyd etdi ki, ermənilər daha sonra azərbaycanlıların əsas qalası olan Şuşanı ələ keçirirlər.

Qaradağlı faciəsi

“1991-ci ilin sonlarında Xocalı artıq blokada vəziyyətində saxlanılırdı. 1992-ci ilin Rusiyaya məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum olunur və orada yaşayan, etnik azərbaycanlılara qarşı soyqırım həyata keçirilir. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. 118 nəfər əsir götürülənlərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirildi. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli idi. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırıldı, mülki əhali qırğına məruz qaldı. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb. Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülüb. Məsələn, 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılmış, 2 nəfərin isə başı kəsilmişdir. Kəndin yerdə qalan sakinləri isə dağlıq əraziləri keçərək Ağdama gətmişdilər. Qaradağlı kəndinin ətrafında 14 erməni kəndi var idi. Amma ora həm də, azərbaycanlıların böyük kəndi sayılırdı. Ermənilər bu kəndin əhalisinin çoxunu əsir götürürlər. Bu əsirlərə qarşı vəhşilik edildi. Hətta sağ qalanlara naməlum tərkibli iynələr vururlar. Həmin iynələrin təsirindən onlar da qısa zamanda vəfat edib”.

Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdiyini vurğulayan müsahibimiz tarixə nəzərən ifadə etdi ki, 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıda idi.

Ötən əsrin ən dəhşətli faciəsi – XOCALI SOYQIRIMI


“Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. 1992-ciilin yanvarında Kərkicahan və ətraf kəndlər də işğal olunandan sonra helikopter əlaqəsi də kəsilərək ağır vəziyyət yarandı. Belə bir dönəmdə Azərbaycanın o zamanki, hakimiyyəti heç bir yeni addım atmadı.Onlar Xocalıda yaranan vəziyyətə mane olmaq istəmədilər. Bildiyiniz kimi, həmin dönəmdə Azərbaycanda dərin hərbi, siyasi, sosial, iqtisadi böhran hökm sürürdü. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib. Xocalıda insanlar yalnız milli dini mənsubiyyətinə, azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla qətlə yetirilmişdilər. Hətta o zaman, Ermənistanın müdafiə naziri və sonralar prezidenti olan Serj Sarkisyan, Böyük Britaniyalı jurnalist Tomas de Vala verdiyi müsahibəsində etiraf etmişdi ki, Xocalıya qədər azərbaycanlılar belə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi qırdıq. Ermənistanı belə cəsarətləndirən Rusiya rəhbərliyində və ordusunda müəyyən qrupların hərbi siyasi yardımları olmuşdu. Bunun sayəsində onlar davamlı olaraq digər işğalları da həyata keçirdilər”.

Günel Musayeva qeyd etdi ki, Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi oldu və bəşəriyyətə, sivilizasiyaya qarşı ağır cinayət idi.

Günel Musayeva – Tarix üzrə fəlsəfə doktoru

“Xocalı soyqırımının nəticəsində, o zamankı Azərbaycan hakimiyyəti istefa verdi. Bundan sonra 1992-ci ilin mayında Şuşa işğal edildi və Ayaz Mütəllibov o zaman hakimiyyətə qayıtmaq istəsə də, Azərbaycan Xalq Cəbhəsi silahlı çevriliş etdi və ölkə daha da dərin xaos və anarxiya dövrünə qədəm qoydu. Müstəqillik illərində Xocalıda törədilən soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun geniş fəaliyyəti var. Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində bu hadisə soyqırımı kimi tanınıb. Nüfuzlu İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dərs kitablarına soyqırım ilə bağlı məlumatlar daxil edilib. 70-dən çox ölkədə hər il Xocalı soyqırımı ilə bağlı konfranslar, seminarlar və sərgilər keçirilib. “justiceforkhojaly.org” saytı beş dildə fəaliyyət göstərir. Bu gün “Xocalıya ədalət” kampaniyasının çağırışları BMT, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Konfransı Təşkilatının tribunalarından səslənir. Və bu çağırış cavabsız qalmayıb. Bu kampaniyanın fəaliyyəti nəticəsində 6 ölkənin parlamenti və ABŞ-ın 14 ştatı Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyıb. Bir neçə gün əvvəl İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 53 ölkələnin parlamenti Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul ediblər.

Əgər o zaman Azərbaycanda sabitlik, güclü dövlət, ordu, qüdrətli dövlət rəhbəri, xalq və hakimiyyət birliyi olsaydı, Xocalıda soyqırımı olmaya bilərdi. Hazırda Xocalı soyqırımının dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan bugün regionun lider ölkəsidir. 44 günlük Vətən müharibəsində qazanılan qələbə bir daha bunu sübut etdi ki, Azərbaycan güclü dövlətdir, onun xalqı Liderinin arxasındadır”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Erməni #vəhşilikləri #bəşəriyyətə #qarşı #ən #ağır #cinayətlərə #səbəbdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu