fbpx

Qaraçılar niyə 10 yaşlı qızı ərə verirlər?

BEY.AZ informasiya agentliyi xəbər verir


Qaraçı mədəniyyəti çox zəngindir, lakin əksər hallarda kənar adamlardan gizlədilir.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, qızları anadan olan kimi göbəkkəsmə edirlər, yəni kiməsə nişanlayırlar. Qızı çox vaxt doğumdan əvvəl və ya qısa müddət sonra nişanlamaq adi haldır. Hesab olunur ki, qız uşağı ərinin ailəsinə nə qədər tez köçsə, bir o qədər yaxşıdır – bəzən 10 yaşlı qız ər evinə göndərilir, lakin bundan beş il sonra əri ilə eyni yatağa girir.

Qaraçıların “görüşmək” anlayışı yoxdur, gənclər birlikdə diskotekaya getmir, çay kənarında öpüşmürlər.

Elçi gələndə qız qonaqlara özünü göstərir. Elçi getmək kişilərin işidir. Qızıl və pulla bəzədilmiş ağac budağı qız atasına “başlıq pulu” olaraq təqdim edilir. Oğlan uşaqları doğulan gündən valideynləri onların toyu üçün qızıl və pul yığmağa başlamalıdır.

3 litlik balonun içi qızılla doldurulubsa, bu yaxşı “başlıq” hesab olunur.
Başlıq pulunu hazırlaya bilməyən kasıb oğlan sevgilisini qaçıra bilər.

Qaraçı toyları əsasən yayda olur. Toyda hər kəs nə qədər qızılı varsa taxıb özünü göstərməlidir.

Toy günü qızın bakirə olduğunu sübut etməsi vacibdir. Gəlinin ləkəli yataq ağı mütləq qonaqlara göstərilir. Bakirə olmayan qızlarla, demək olar ki, bir daha heç kim evlənmir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qaraçılar #niyə #yaşlı #qızı #ərə #verirlər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu