fbpx

Ermənilər Kremlə yalvarmağa başladılar – Monitorinqə icazə verilməsə…

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistan parlamentinin spikeri Alen Simonyan Kremlə yalvarır ki, yolun açılmasını təmin etsinlər. Simonyan deyib ki, ABŞ Dövlət Departamenti və Fransa XİN Azərbaycandan yolun açmasını istəyiblər, növbə Rusiyanındır: “Ümid edirəm ki, müttəfiqimiz bu dəfə bizi məyus etməz”.



Politoloq Elxan Şahinoğlu Simonyanın yalvarışlarını şərh edərək bildirib ki, Alen demək istəyib ki, Kreml son illər Ermənistanı və erməniləri çox məyus edib, heç olmazsa bu dəfə fərqli hərəkət etsin.

Elxan Şahinoğlu

“Alen Simonyan daha sonra absurd və xəstə xəyallarını səsləndirməyə başlayıb: “Rusiyanın sülh missiyasına alternativ təhlükəsizlik variantları barədə düşünməliyik. ATƏT-in Minsk Qrupunun 12 ölkəsinin missiyasını Dağlıq Qarabağa göndərmək lazımdır”. Bu Alen Simonyanın və digər erməni rəsmilərin cəmiyyətlərini sakitləşdirmək məqsədilə səsləndirdikləri açıqlamalardır. Özləri də anlayır ki, Azərbaycan heç zaman “alternativ missiya”, “yeni təhlükəsizlik tədbirləri” və “ATƏT-in missiyası” kimi təklifləri qəbul etməyəcək”.

Politoloq qeyd etdi ki, əgər Ermənistan tərəfi monitorinqə icazə verməsə Ermənistanla Qarabağı birləşdirən yol bağlı qalacaq.

“Belə olan halda müxtəlif ssenariləri, o cümlədən qarşı tərəfin hansı təxribatlara əl atacağını proqnozlaşdırmaq məcburiyyətindəyik. Bunlardan biri erməni lobbisinin müharibə günlərində olduğu kimi bir neçə ölkədə Azərbaycan səfirlikləri qarşısında növbəti təxribatlara hazırlıq planları ola bilər. Fransa və ABŞ-dakı səfirliklərimizin təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac yarana bilər”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənilər #Kremlə #yalvarmağa #başladılar #Monitorinqə #icazə #verilməsə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu