fbpx

“Ermənistan danışıqlar masasındakı gündəliyi dəyişməyə çalışır”

BEY.AZ informasiya agentliyi xəbər verir



Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb.

Metbuat.az xəbər verri ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli və Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Qoşa, Kəlbəcər rayonunun Yellicə və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 8 dəfə atəşə tutulub.

Vəziyyət barədə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, məqsəd gündəliyi dəyişməkdir:

“Ermənistanın sərhəddə törətdiyi təxribatla separatçıların açdığı atəş eyni hədəfə hesablanıb. Danışıqlar masasındakı gündəliyi dəyişməyə çalışırlar. Bu təxribatlar separatçıların ordumuza qarşı atəş açdığı mövqelərinin legitim hədəf olaraq məhv edilməsini qaçılmaz edə bilər”.

Qeyd edək ki, hazırda bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb, əməliyyat şəraiti nəzarət altındadır.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistan #danışıqlar #masasındakı #gündəliyi #dəyişməyə #çalışır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu