fbpx
Xəbərlər

Ermənistan hərbi toqquşmanın baş verməsində maraqlıdır

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ermənistan Baş naziri Nikol Paşinyan hazırkı ritorikanı davam etdirib, sülh müqaviləsinin imzalanmasından yayınarsa, hərbi toqquşmanın baş verməsi mümkündür”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq hesab edir ki, vasitəçi olan ABŞ və Brüssel N. Paşinyanın pozuculuq siyasətinə seyirci qalır.

“Vaşinqtonun susqunluq nümayiş etdirməsi əsasən N. Paşinyanın anti-Rusiya siyasəti həyata keçirməsidir. Halbuki regionda daha məntiqli və obyektiv siyasət ortaya qoyan Azərbaycandır. N. Paşinyan BMT-nin fakt araşdırıcı missiyanın Laçın dəhlizinə və Qarabağa göndərilməsi təklifini verən zaman Rusiyanın əleyhinə olduğu üçün Vaşinqtondan dəstək alır. Halbuki, ABŞ və Avropa İttifaqı Azərbaycanın Laçın dəhlizinə nəzarət buraxılış məntəqəsi qurmasına dəstək verir”.

Politoloq qeyd etdi ki, N. Paşinyanin təklifi sülhə və təhlükəsizliyə təhdid olaraq böhranın davam etməsini özündə ehtiva edir. Amma Azərbaycanın təklifləri Rusiya hərbi kontingentinin fəaliyyətinə də son qoyur.

“Ona görə də ABŞ və Avropa İttifaqı ilə sıx işləməli və Ermənistanın diplomatik təşəbbüslərini neytrallaşdırmaq lazımdır. Situasiya elə bir müstəviyə gəlib çıxıb ki, silahlı toqquşmanın baş verməsi mümkündür. Göründüyü kimi, yeni hərbi toqquşmanın baş verməsində Ermənistan maraqlı görünür. Bir tərəfdən N. Paşinyan “Artsax Respublikası” ifadəsini yığışdırmaqla pas ötürməklə özünün gərginlikdə maraqlı olmadığını göstərir. Halbuki, rəsmi Yerevanın Azərbaycana qarşı ərazi iddiaları davam edir”,- deyə politoloq fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistan #hərbi #toqquşmanın #baş #verməsində #maraqlıdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu