fbpx

Ermənistana 3 Azərbaycan vətəndaşı turist kimi səfər edib

BEY.AZ informasiya agentliyi xəbər verir


“2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. Eyni dövrdə Azərbaycana 832 186 əcnəbi vətəndaş səfər edib”.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ölkəmizdə quru sərhədlər bağlı olsa da, qəbul etdiyimiz turist sayı daha çoxdur: “Ölkəmizin quru sərhədləri bağlı, təyyarə biletlərinin “od qiymətinə” olmasına baxmayaraq Azərbaycana gələn turist sayı az da olsa Ermənistandan çoxdur (Ermənistanın Gürcüstan və İranla quru sərhədləri açıqdır). Deməli məmləkətin potensialı var, amma sistemi, turizmə yanaşması doğru deyil. İlk 7 ayda Ermənistana gələn turistlərin sayında Rusiya 1-ci yerdədir (251 035 nəfər) , 2-ci yerdə ABŞ-dır (13 017 nəfər), 3-cü yerdə Almaniyadır (8554 nəfər), 4-cü yerdə Fransadır (7 687 nəfər), 5-ci yerdə isə Ukraynadır (7 663 nəfər).

Eyni dövrdə Azərbaycana gələn qonaqların 25 %-i Rusiyadan, 23,8 %-i Türkiyədən, 13 %-i İrandan, 5,2 %-i Gürcüstandan, 4,6 %-i Səudiyyə Ərəbistanından gəlib”.

İqtisadçı qeyd edib ki, ABŞ və Avropa Birliyi ölkələrindən gələnlərin sayı çox az olub. Buna səbəb Azərbaycan hökumətinin hələ də ABŞ və AB ölkələri vətəndaşlarından viza tələb etməsidir. Ermənistan isə 15 ildir həmin ölkələrdən viza istəmir.

N. Cəfərlinin bildirdiyinə görə, burada maraqlı detal isə 2022-ci ilin ilk 7 ayında Ermənistana 3 nəfər Azərbaycan vətəndaşının turist kimi səfər etməsidir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu