fbpx

Ermənistanın cəzalandırılması üçün ekspertlərlə məlumat mübadiləsi aparılır

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Ermənistanın ətraf mühitə vurduğu ziyana görə cəzalandırılması üçün ekspertlərlə birgə məlumat mübadiləsi aparır.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

O, nazirlik tərəfindən Şuşa rayonu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Xocalı və Şuşa rayonlarının inzibati ərazisində nadir təbiət komplekslərinin, xüsusilə tarixi və paleontoloji abidələrin qorunması və etalon ərazi kimi saxlanılması məqsədilə 1988-ci ildə yaradılmış Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin yenidən bərpası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib: “Rayon ərazisində mövcud olmuş 8526,0 ha meşə fondu sahəsinin meşə ilə örtülü 2972,8 hektarı və Daşaltı Dövlət Təbiət Yasaqlığının (ümumi sahəsi 450,0 ha) 50,0 hektarı məhv edilib. 90-cı illərdə qeydiyyata alınmış 8 mineral-xammal yatağından 4-ü istismar edilib. Ermənistan tərəfindən 30 illik işğal dövründə ətraf mühitə vurulmuş ziyana görə beynəlxalq hüquqi müstəvidə qiymət verilməsi ilə əlaqədar məsələyə cəlb olunmuş ekspertlərlə birgə məlumat mübadiləsi aparılır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistanın #cəzalandırılması #üçün #ekspertlərlə #məlumat #mübadiləsi #aparılır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu