fbpx

“Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Əminəm ki, biz postmüharibə dövründə göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik”.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib: “Ancaq bu gün hələ ki, bu iddialar var və biz buna hazır olmalıyıq”.

“Biz müharibə dövründə cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişdik. Məhz buna görə Ermənistan ordusu məcbur olub noyabrın 9-dan 10-a keçən gecə kapitulyasiya aktına imza atdı”, – Prezident bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu