fbpx

Ermənistanın yeni prezidenti KİMDİR? – DOSYE

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Ermənistanın yeni prezidenti Vahan Xaçatryan seçilib.


Metbuat.az
onun haqqında olan dosyeni təqdim edir:

Vahan Xaçataryan 1959-cu ilin 22 aprel tarizində Ermənistanı Sisyan şəhərində anadan olub.

Xaçatryan 1976-cı ildə İrəvan şəhər 118 nömrəli orta məktəbi, 1976-1980-ci illərdə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.

1980 -1981-ci illərdə Sovet ordusunda xidmət edib. 1981-1989-cu illərdə “Razdanmaş” İstehsalat Birliyində iqtisadçı işləyib.



Bir müddət “Mars” dövlət müəssisəsində şöbə müdiri və baş direktor müavini vəzifələrində çalışan Xaçataryan 1992-1996-cı illərdə İrəvan meri və Ermənistan prezidentinin müşaviri funksiyalarını icra edib.

1996-1999-cu illərdə “Respublika” fraksiyasının üzvü kimi deputat olub.

2000- ci ildə ARMAT Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzini təsis edib.

2002-ci ildə Siyasi Elmlər, Hüquq və İqtisadi Araşdırmalar Mərkəzinin vitse-prezidenti kimi fəaliyyətə başlayıb.

2021-ci ildə isə Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi ilə Ermənistanın prezidenti Armen Sarkisyanın fərmanı ilə yüksək texnologiyalar naziri təyin edilib.

Qeyd edək ki, Vahan Xaçatryan Ermənistan tarixinin 5-ci Prezidenti olacaq.

İkinci turda seçkilər üçün tələb olunan səslərin sayı daha az idi. Müxalifətin “Hayastan” və “Mənim namusum var” fraksiyaları öz namizədlərini irəli sürməyib və bu məsələ ilə bağlı müzakirələri boykot ediblər.

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O, bu qərarın səbəbini müvafiq səlahiyyətlərin olmaması adlandırıb, onun sözlərinə görə, bu, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan vermir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin