fbpx

“Sülh müqaviləsi ilk növbədə Ermənistana lazımdır”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Azərbaycan və Ermənistan liderləri arasında İspaniyanın Qranada şəhərində Avropa İttifaqının vasitəçiliyi ilə görüşün keçirilməsi avqust ayında planlaşdırılmışdı. Azərbaycan anti-terror əməliyyatından sonra, yeni siyasi şərtlər formalaşıb. Ona görə də belə bir görüş əvvəlki formatda deyil, yeni bir proseslə aparılmalıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, danışıqlar stolunda Türkiyə də təmsil olunmalıdır.

“Anti-terror əməliyyatından əvvvəl, mövcud olan müzakirələr hazırda qüvvədən düşüb. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev yeni şərtlərlə danışıqlara hazırdır. Amma, Ermənistan, Fransa və Almaniya rəhbərliyi əvvəlki şərtlərlə, bu danşıqlara qatılacaqdı.Fransa və Almaniya ermənipərəst siyasət ortaya qoyduğu üçün prezident İlham Əliyevin belə bir görüşdən imtina etməsi, Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, ölkənin siyasi mövqeyini gücləndirir”.

İlgili Makaleler

Politoloq hesab edir ki, Azərbaycan Ermənistanla danışıqlarda üçüncü tərəfin iştirakını qəbul etməməli, yalnız Ermənistanla birbaşa danışıqlara hazır olduğunu vurğulamalıdır.

“Demək olar ki, Qarabağ problemi həll olunub, Azərbaycan suverenliyini bərpa edib. Azərbaycandan daha vacib sülh müqaviləsinin bağlanması, yalnız Ermənistana lazımdır. Ona görə də sülh müqaviləsinin bağlanması Azərbaycan üçün prioritet kəsb etmir. Əgər, müəyyən formatlarda danışıqlar olacaqsa, Türkiyə də orada təmsil olunmalıdır. Mövcud siyasi konyuktura Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasına tələsməməli və N. Paşinyan buna cəhd etməlidir. Ermənistan sülh müqaviləsinin bağlanmasında maraqlıdırsa, Tiflisdə ikitərəfli danışıqlar aparıla bilər”.

Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Sülh #müqaviləsi #ilk #növbədə #Ermənistana #lazımdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu