fbpx

Estoniya ilə görüşdə millimizin qapısını kim qoruyacaq?

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığma komandası bu gün Estoniya ilə qarşılaşacaq.

Metbuat.az Offsideplus.az-a istinadla xəbər verir ki, qarşıdakı iki oyun üçün milliyə Şahrudin Məhəmmədəliyev, Səlahət Ağayev, Rəşad Əzizlini dəvət edən Cianni De Byazi Estoniya millisi ilə görüşdə hansı qapıçıya şans verəcəyi maraq doğurur.

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Etibar Tarverdiyev saytımıza açıqlamasında Yığmamızın əsas qolkiperi sayılan Şahruddin Məhəmmədliyevin yeni komandasında az çıxış etməsini onun oyununa təsir etməyəcəyini bildirib:

“Şahruddin yeni komandasında az oynasa da, onu tanıdığıma görə deyə bilərəm ki, bu, onun millidəki çıxışına təsir etməyəcək. Düzdür, digər iki qapıçı Səlahət Ağayev və Rəşad Əzizli öz komandalarında uğurlu çıxış edirlər. Son söz sahibi məşqçilərdir. Hansı qapıçı özünü məşqdə yaxşı göstərsə, qapını o şəxs qoruyacaq. Ümid edirəm ki, məşqçilər korpusu düzgün qərar verəcəklər”.

Qeyd edək ki, Estoniya – Azərbaycan Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Estoniya #ilə #görüşdə #millimizin #qapısını #kim #qoruyacaq

Bir Cevap Yazın

Başa dön tuşu