fbpx

Evə gec gələn bacısını öldürən şəxsə AĞIR CƏZA

BEY.AZ informasiya agentliyi xəbər verir


Abşeron rayonunda bacısını qətlə yetirən 1998-ci il təvəllüdlü Nicat Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda N.Əsədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi üzrə təqsirli bilinib.

Bildirilib ki, ötən ilin 25 sentyabr tarixində N.Əsədov bacısı, 1994-cü il təvəllüdlü Xalidə Əsədova ilə mübahisə edib. Bacısının evə gec gəlməsindən əsəbiləşərək onu öldürmək qərarına gəlib. Gecə saat 2 radələrində X.Əsədova 7 yaşlı oğlu ilə özünə məxsus avtomobillə yaşadığı evə gəlib. Orada gözləyən Nicat qadına hücum edərək azyaşlı övladının gözü önündə bacısına çoxsaylı bıçaq zərbələri endirib.

Ağır xəsarət alan qadın hadisə yerində vəfat edib.

Məhkəmənin hökmü ilə N.Əsədova 15 il həbs cəzası verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Evə #gec #gələn #bacısını #öldürən #şəxsə #AĞIR #CƏZA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu