fbpx

“Evdə bundan daha yaxşı mübarizə aparacağıq”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Layiqli oyun göstərməyə çalışdıq və bunu bacardıq”.

Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada “Marsel”lə UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının oyunundan razı qaldığınıb bildirib:

“Dünən də bildirmişdim ki, “Marsel”in yaxşı baş məşqçisi və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Məni ən çox narahat edən məqam rəqibin ustalıq səviyyəsi idi. Bu gün bəlkə də bu elemetlərə görə uduzduq. Amma komandamın oyunundan tam razı qaldım. Bəzi diqqətsizliklər oldu ki, bu da belə komandaya qarşı matçda normaldır. Səfərdə çıxış etməyimizə baxmayaraq, çox yaxşı oyun göstərdik”.

Qurbanov cavab matçına da toxunub: “Evdə bundan daha yaxşı mübarizə aparacağıq. Çünki rəqibi yaxından tanıyırıq. Bakıda azarkeşlərimizi yaxşı oyunla həyəcanlandırmaq istəyirik”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu