fbpx

“Evimdə oturmuşam, aydan arı,sudan duruyam”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Mənim ölkədən qaçmağım barədə deyilənlər yalandır, hal hazırda evdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib”.

Metbuat.az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya açıqlamasında Bakı Slavyan Universitetinin keçmiş rektoru, YAP Qadınlar Şurasının sabiq sədri Nurlana Əliyeva bildirib.

Qəyd edək ki, Bakı Slavyan Universitetinin vəzifəli şəxslərinin işi ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs Durdanə Əliyeva sabiq rektoru Nurlana Əliyevanı ittiham edib. O, bildirib ki, bu cinayətləri tək başına törətməyib və onunla bərabər Nurlana Əliyeva da məsulliyətə cəlb olunmalıdır.

Bir neçə dəfə məhkəmə çağırışlarına məhəl qoymayan Nurlana Əliyeva prosesə gedmədiyi üçün onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Bu gün isə məhkəmədə bildirilib ki, Nurlana Əliyeva ölkədən çıxıb, onun məhkəməyə gətirilməsi mümkün olmayıb.

Nurlana Əliyeva bu iddiaları təkziq edib: “Mən hazırda evimdə oturmuşam, mən aydan arı, sudan duruyam. Mənim heç bir günahım yoxdur, mənə rəsmi bildiriş göndərsinlər və gedim şahid qismində ifadəmi verim”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Evimdə #oturmuşam #aydan #arısudan #duruyam

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu