fbpx

“Fənərbağça”ya transferi gözlənilən Hazard bu kluba keçir

BEY.AZ informasiya agentliyi xəbər verir


2019-cu ildə “Çelsi”dən Madrid “Real”ına böyük ümidlərlə transfer edilən Eden Hazard etimadı doğrulda bilmir.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, tez-tez zədələnərək yaşıl meydanlardan kənarda qalan belçikalı vinger artıq “kral klubundan” ayrılır. Onun yeni iş yeri də müəyyənləşib.

Fransa mətbuatında yayılan məlumatlara görə, 32 yaşlı Hazard sözügedən ölkənin “Lans” klubu ilə anlaşıb. Onun yayda bu komandaya keçəcəyi gözlənilir.

Qeyd edək ki, onun “Fənərbağça”ya transfer olunacağı gözlənilirdi.

Əlavə edək ki, bu mövsüm Madrid təmsilçisinin heyətində cəmi 9 oyuna çıxan belçikalı 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fənərbağçaya #transferi #gözlənilən #Hazard #kluba #keçir

Bir Cevap Yazın

Başa dön tuşu