fbpx

Faciəvi şəkildə vəfat edən Turalənin görüntüsü

BEY.AZ informasiya agentliyi xəbər verir



Dünən axşam saatlarında Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanova ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbərə verir ki, T.Aslanovanın keçmiş polis əməkdaşı olması müəyyənləşib. Belə ki, xeyli müddət DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən T.Aslanova dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.

Həmçinin məlum olub ki, o, bir neçə şəxsdən iş qurmaq və əlavə pul qazanmaq vədi ilə ümumilikdə 413 min manat məbləğində pul alıb.

T.Aslanovanın vəkili Emin Kiçibəyov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o, qəfil şəkildə özünü binadan atıb:

“İki aya yaxın idi ki, onunla müqavilə bağlamışdım. Bu işdə Turalə özü də zərərçəkmiş olduğunu bildirirdi. Pulları kimlərdənsə alıb kimlərəsə vermişdi. Əsasən Kəmalə adlı qadının adı qeyd edilirdi və istəyirdi ki, ona cinayət işi açılsın. Bildiyimə görə Turalə Kəmalə ilə Gəncədə polisdə birgə işləyiblər. Zərərçəkmiş şəxslər də polis işçiləri olduğuna görə bu işi Baş Prokurorluq nəzarətə götürmüşdü. Baş Prokurorluğun tapşırığına əsasən bu iş Mingəçevirdə ciddi araşdırılmalı idi və bizi dəvət etdilər. Mən onun müdafiəsini qurdum, şikayətçilərdən vaxt istədim. Orada onun köhnə vəkili də var idi. Hər şey qaydasında gedirdi. Turalə özü də Kəmalə adlı şəxsdən şikayətçi idi. Üzləşmələr aparıldı. Nə qədər çalışdım ki, zərərçəkənləri razılaşdıraq, razılaşmadılar”.

Vəkil qeyd edib ki, bundan sonra işi aparan müstəntiq Turalənin tutulmasına qərar veriləcəyini deyib:

“Ona ağır gələn o idi ki, əvvəlki iş yerinə aparılacaqdı və orada tutulacaqdı. Ora getmək istəmirdi, özünə ar bilirdi. Hər şey 1-2 saniyə ərzində oldu. Həmin vaxt pəncərənin qarşısında dayanıb ağlayırdı, mən də otağa yenicə daxil olmuşdum, divana əyləşmək istəyirdim ki, gördüm pəncərəni açıb özünü atdı. Digər vəkillər getmişdi, mən orada idim, onu sonadək müdafiə edəcəkdik. O, anlaqsız şəkildə bunu etdi, bəlkə də düşündü ki, ölməyəcək, 2-ci mərtəbə idi, lakin başı daşa dəymişdi. Təəssüf ki müdaxilə etsək də, həyatını xilas etmək mümkün olmadı”.

Qeyd edək ki, T.Aslanova daha əvvəl də intihara cəhd edibmiş.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Faciəvi #şəkildə #vəfat #edən #Turalənin #görüntüsü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu