fbpx

FED-in qərarı Azərbaycanda dolları bahalaşdıracaq?

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-ın Federal Ehtiyatlar Sistemi 3 ildən sonra ilk dəfə faiz dərəcələrini 0,25 faiz artıraraq illik 0,25 – 0,5%-ə çatdırmasından sonra digər aparıcı ölkələrdə də uçot dərəcəsi dəyişdirilməkdir. ABŞ-dakı qərardan sonra İngiltərə Bankı da uçot dərəcəsinin 0.5 faizdən 0.75 faizədək artırıb. RusiyaUkrayna müharibəsi səbəbindən Böyük Britaniyada inflyasiya səviyyəsinin yayadək 8 faizədək yüksələcəyi gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirdi ki, Avropa Mərkəzi Bankı uçot stavkasının artırılmasına tələsməsə də belə avrozonada aylıq inflyasiya səviyyəsi ötən ay 5.9 fazədək yüksəlib. Bununla belə, ekspertlər avrozonada da uçot dərəcəsinin tezliklə dəyişdiriləcəyini istisna etmirlər.

Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da  yaxşılaşmasına müsbət təsir göstərəcək - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

“FED-in son qərarı dolların məzənnəsinin əksər səbət valyutalarına nisbətən yüksəldib. Rusiya-Ukrayna müharibəsi region ölkələrinin valyutalarına da təsirsiz ötüşməyib. Görünən odur ki, 2022-ci il əskər ölkələr üçün inflyasiyanı tənzimləmək və milli valyutaları qorumaq baxımdan heç də asan olmayacaq. Rusiya-Ukrayna müharibəsi hələ çox dəngələri dəyişəcək”.

Bəs Azərbaycanda dolların qiyməti yüksələ bilərmi?

“Azərbaycan Mərkəzi Bankı ötən ilin avqust ayından etibarən uçot dərəcəsinin mərhələli artımını həyata keçirir. Sözügedən müddətdə uçot dərəcəsi 6.5 faizdən 7.5 faizdək yüksəlib. Sonuncu dəfə dərəcə artımı bu il yanvarın 28-də qeydə alınıb. Bununla belə, Azərbaycan Mərkəzi Bankı Ukraynada müharibə başladıqdan sonra uçot dərəcəsini dəyişdirilməsi barədə qərar verməyib. Rublun kəskin ucuzlaşması, region ölkələrinin valyuta bazarında müşahidə edilən dalğalanmalar və eləcə də qlobal inflyasiya səviyyəsinin kəskin artdığı bir dövrdə Mərkəzi Bank tərəfindən də preventiv addımların gücləndirilməsi və xüsusən uçot dərəcəsi kimi alətlərdən daha intensiv istifadə edilməsi məqsədəuyğundur”.

Mövzu barədə açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, dünyada artıq bir müddətdir ki, qiymət artımı müşahidə edilir. Bu, ümumən dünyada dolların bahalaşması mənasına gəlir, amma Azərbaycana təsiri yoxdur. Çünki Azərbaycanda neftin qiyməti kəskin artıb və valyuta ehtiyatlarımız kifayət qədərdir”.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

“Ümumiyyətlə Rusiya-Ukrayna müharibəsi dünyadakı qiymətn artımına təsir edir. Məhz buna görə də mərkəzi banklar uçot dərəcəsini artırırlar. Lakin neft qiymətlərinin bahalaşması nəticəsində, manat üçün heç bir təhlükə yoxdur. Hesab edirəm ki, ümumilikdə bu il ərzində milli valyuta sabit qalacaq” deyə iqtisadçı fikrini yekunlaşdırıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu