fbpx

FED-in son qərarı: Dollar yenə də riskli valyuta, bəs manat?

BEY.AZ informasiya agentliyi xəbər verir

“Yüksək faiz dərəcələrinin iqtisadiyyata təsir etməsi və inflyasiyanı boğması üçün vaxt lazımdır. Bu lazım olan vaxt isə tənəzzülü artıra bilər”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspert düşünür ki, faiz artımlarının inflyasiyanı cilovlama təsiri daha gec, tənəzzül yaratma imkanları nisbətən daha tez baş verir. Yəni inflyasiyaya qalib gəlməzdən əvvəl ciddi tənəzzül başlaya bilir.

“Təcrübə onu göstərir ki, bu hal adətən yuxarı inflyasiyalar zamanı bu baş verir. Staqflyasiya dövründə isə tənəzzül qaçılmaz olur. Bundan qaçmaq üçün isə yenidən uçot dərəcəsini aşağı salmağa ehtiyac yaranır. Buna görə də ola bilsin ki, son artımdan sonra FED iqtisadiyyatın necə inkişaf etdiyini görmək üçün bir qədər gözləmə mövqeyi tutsun. Bazarın davranışlarını test etmədən artımların edilməsi tənəzzülü genişləndirə bilər. Bu da ABŞ iqtisadiyyatını 80-ci illərdən bəri ən çətin duruma sala bilər. Hazırda ABŞ-da dolların bahalaşmasının əlehinə olanlar da var. Onları tənəzzül qorxudur. Böyük ehtimal ki, faiz artımının səviyyəsi qismən konsensusdan asılı olacaqdır”.

FED-in qərarının Azərbaycan manatına təsirlərinə gəldikdə isə E.Əmirov bildirdi ki, manat iqtisadi qanunların və ölkənin iqtisadi potensialının öhdəsinə buraxılmamışdır. Ölkədə makroiqtisadi stabilliyin qorunması üçün manatın məzənnə stabilliyinə önəm verilir və inzibati qaydada məzənnə səviyyəsi stabil olaraq qorunub saxlanılır.

“FED-in qərarı manatın məzənnəsini saxlamaq üçün səfərbər edilən valyuta həcmlərini artıra bilər ki, bu da valyuta ehtiyatlarının həcminə mənfi təsir edə bilər.Lakin bu məsələdə qorxulu hal yoxdur. Ona görə ki, Azərbaycan Mərkəzi Bankını məlumatına görə dollara tələb kəskin azalır, yəni satış həcmi azalan xətlədavam edir. İdxalın həcmində olan dəyişiklik, nəğd pul kütləsinin məhdudlaşdırılması, əhalinin alıcılıq qabiliyyətinin azalması və s. kimi səbəblər dollara olan tələbi azaldır. Əvəzində insanlar yüksələn inflyasiya, artan qiymətlər şəraitində öz xərclərini qarşılmaq üçün ehtiyat günləri üçün yastıqaltı yığdıqları kiçik dollar ehtiyatlarını manata çevirirlər. Qısası, FED qərarlarının inzibati idarəetmə metodlarının təsirində olan manata ciddi təsiri olmayacaq. Amma bunun sərbəst məzənnə ilə formalaşan milli valyutaya sahib ölkələrə, daha çox Amerika iqtisadiyyatından asılı olan ölkələrə, o cümlədən Avropa ölkələrinə, oranın bank sisteminə və Avroya təsirləri qaçılmazdır”.

Xatırladaq ki, bir neçə gün öncə Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırdı. FED-in bu addımı 1994-cü ildən bəri ən yüksək artımdır.

Gülbəniz Hüseynli / METBUAT.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin