fbpx

Quyuya düşərək vəfat edən Ağa və Hüseynin görüntüsü

BEY.AZ informasiya agentliyi xəbər verir



Xəbər verdiyimiz kimi, ötən gecə Maştağa qəsəbəsinin Xanlar massivində iki azyaşlı uşaq, Ağa Rəhimov və Hüseyn Qasımov dərinliyi təxminən 45-50 metr olan mazut və çirkab sularla dolu quyuya düşərək ölüblər.

Metbuat.az faciəvi şəkildə vəfat edən uşaqların fotosunu təqdim edirik:

Qeyd edək ki, Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib. Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.

Həmçinin oxuyun: Maştağada azyaşlıların düşdüyü quyu SOCAR-a məxsusdur? – RƏSMİ CAVAB





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Quyuya #düşərək #vəfat #edən #Ağa #və #Hüseynin #görüntüsü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu