fbpx

Fenomen müəllimin toyu da dərslərindən seçilmədi

BEY.AZ informasiya agentliyi xəbər verir

Şagirdləri ilə birgə çəkdiyi videolarla sosial şəbəkələrdə fenomenə çevrilən Lənkəranın Jidi kənd məktəbinin müəllimi Leyla Qarazadənin toyu olub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər ki, müəllimin toyu da əyləncə baxımından dərslərindən geri qalmayıb. Belə ki, mərasimə müəllimin dərs dediyi şagirdləri də dəvət olunub, onlar sevimli pedaqoqlarını dövrəyə alaraq rəqs ediblər.

L.Qarazadə ixtisasca tarix müəllimi olan Faiq adlı həmkarı ilə ailə qurub.

Qeyd edək ki, L. Qarazadə sosial şəbəkədə şagirdlərinə etdiyi jestləri, onlara “bu gün sən nə gözəlsən…” deyərək video çəkməsi ilə məşhurlaşmışdı. Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev də həmin müəllim və şagirdləri ilə görüşmüşdü.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu