fbpx

FHN-də çəkilən intim videolarla bağlı Baş prokurora MÜRACİƏT EDİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, son günlər sosial şəbəkələrdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində çəkildiyi bildirilən bir neçə video yayılıb.

“Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının sədri Mehriban Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Baş Prokurorluğa həmin görüntülərlə bağlı müraciət edib.

Metbuat.az xəbər verir ki, Mehriban Zeynalova bu barədə feysbuk səhifəsində yazıb.

O, qurumlardan hadisənin araşdırılmasını və günahkar şəxslərin cəzalandırılmasını xahiş edib:

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 4-cü və 11-ci maddələrind seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiqin yolverilməzliyi nəzərdə tutulur. Hazırda sosial şəbəkələrdə, geniş şəkildə paylaşılan videomateriallara əsasən baş vermiş hadisənin qeyd edilən qanunun maddələrinə müvafiq olaraq iş yerində seksual qısnama kimi qiymətləndiriləməsini xahiş edirəm. Bu cür hallar qadınların iştirkaçılığına böyük zərbədir və belə hadisələrin ciddi araşdırılması və cəzalanmasını sizdən xahiş edirəm”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu