fbpx
Xəbərlər

FHN hindistanlı turistin axtarışı barədə məlumat yayıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunmaqla axtarış-xilasetmə işləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu