fbpx

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti qrupu ölkəmizə qayıdıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin növbəti qrupu martın 2-də təyyarə ilə ölkəmizə qayıdıb.

Metbuat.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Türkiyəli diplomatlar FHN-in xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin fədakarlıq və peşəkarlıq nümunəsi olduğunu bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#FHNin #Türkiyədə #olan #çevik #xilasetmə #qüvvələrinin #növbəti #qrupu #ölkəmizə #qayıdıb

Bir Cevap Yazın

Başa dön tuşu