fbpx
Xəbərlər

FHN-nin kikboksinq komandası uğurlu nəticə göstərib

BEY.AZ informasiya agentliyi xəbər verir

Mayın 20-22-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Kikboksinq üzrə kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirilib.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, çempionatda 42 komandadan 200-ə yaxın idmançı kikboksinqin “full contact” və “low kick” növləri üzrə mübarizə aparıb. Yarışda FHN-in kikboksinq üzrə kişilərdən ibarət 6 nəfərlik yığma komandası İdman-sağlamlıq klubunun kikboksinq üzrə məşqçi müəllimi Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Çempionatda “Full contact” növündə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı kiçik gizir Camal Məmmədov 54 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüb. Bundan başqa, “full contact” növü üzrə İdman-sağlamlıq klubunun üzvləri 71 kq çəki dərəcəsində Ayxan Həsənov, “low kick” növü üzrə isə 60 kq çəki dərəcəsində Sadiq Nəhmədli və FHN Akademiyasının kursantı 81 kq çəki dərəcəsində İlqar Zeynallı yarışın bürünc medalının sahibi olublar. Qaliblərə Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim olunub.

Qeyd edilib ki, Camal Məmmədov 2 qat Azərbaycan çempionu, Dünya çempionatının gümüş mükafatçısı olmaqla yanaşı bu ilin avqust ayında Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarına lisenziya qazanıb.

24 may 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu