fbpx

Fidan Sadıqova beynəlxalq tədbirdə təltif edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın dünyaya səs salan işgüzar xanımları silsiləsindən Fidan Sadıqova. Türkiyədə gördüyü işlərlə adından söz etdirən uğurlu iş xanımı ziyalı ailəsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra o, Tibb kollecinə qəbul olur və uzun müddət tibb sahəsində çalışır.

2017-ci ildə Türkiyəyə köçməyə qərar verən Fidan Sadıqova karyerasında köklü şəkildə dəyişiklik edir. Hər şeyi yenidən başlayan xanım “Hər qaranlıq gecənin bir işıqlı sabahı var” deyiminə uyğun olaraq nəhayət ki, istəyinə nail olur.

Uğurlu iş xanımının təsis etdiyi “FidanProperty” daşınmaz əmlak şirkəti artıq 3 ildir İstanbulda fəaliyyət göstərir. Daşınmaz əmlakla bağlı hər şeyi bir araya gətirən şirkət alqı-satqısı, kirayə və barter, Türkiyədə sənədlərin alınması, yaşayış icazəsi, investisiya üçün Türkiyə vətəndaşlığının alınması kimi fəaliyyətləri həyata keçirir.

Müştərilərlə şəffaf ünsiyyəti ilə seçilən şirkət uzunmüddətli əlaqələr vəd edir və Türkiyə vətəndaşları ilə eyni şərtlərlə daşınmaz əmlak alınmasına zəmanət verir. Baş ofisi İstanbulda yerləşən şirkət peşəkar məsləhətçiləri və yüksək keyfiyyətli xidmətlərilə Türkiyənin bölgələrində də fəaliyyət göstərir.

Fidan Sadıqova, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Successful Businesswoman of the Year” nominasiyasına layiq görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fidan #Sadıqova #beynəlxalq #tədbirdə #təltif #edildi

Bir Cevap Yazın

Başa dön tuşu