fbpx

FİFA Səudiyyə Ərəbistanına görə güzəşt etdi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

2034-cü il Dünya Çempionatına ev sahibliyi etmək üçün müzakirələr davam edərkən, FİFA Səudiyyə Ərəbistanı üçün böyük güzəşt edib.

Metbuat.az xəbər verir ki, FİFA-nın açıqlamasına görə, 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün tender qaydaları dəyişdirilib. “The Guardian” qəzetinin məlumatına görə, FİFA 2034-cü il Dünya Çempionatı üçün stadionlarla bağlı tender qaydalarını yüngülləşdirib. Əvvəlki qaydalara görə, 2030 və 2034-cü il Dünya Kuboklarının keçirilməsi üçün iddiaçı ölkələrdən azı 14 stadion təklifi təqdim etmələri tələb edilirdi.

Təqdim edilən stadionlardan 7-si isə artıq hazır olmalı idi. Yeni qaydalara görə, 7 stadionun hazır olması barədə tələb 4-ə endirilib. Bunlara hazırda tikilməkdə olanlar da daxil ola bilər.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #FİFA #Səudiyyə #Ərəbistanına #görə #güzəşt #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu