fbpx

“Fintex Summit” sərgisi başlayıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Bu gün Bakıda “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Fintex Summit” – Maliyyə və Texnologiyalar Sərgisi keçirilir.

Metbuat.az xəbər verir ki, sammit “Bankçılıq və Fintex Ekosistemi: Partnyorluq və əməkdaşlıq imkanları”, “Açıq və əlaqəli bankçılıq: Maliyyə sahəsindəki innovasiyaların gələcəyi”, “Ödənişlərin gələcəyi”, “Təhsil/xərclərin optimizasiyası istiqamətində rəqəmsallaşma”, “Azərbaycan maliyyə sektorunun təhlükəsizliyi və fırıldaqçılığın qarşısının alınması üçün nələr edilməlidir”, “Dayanıqlılıq və bankçılıq sektoru: ESG bankçılıq”, “Azərbaycanda rəqəmsal ödənişlərin inkişafının əsas mənbələri və potensialı” adlı yeddi paneldən ibarətdir.

Məlumata görə, sammit “VISA” beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycan Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçiriləcək.

Tədbirdə müzakirələr 8 panel çərçivəsində aparılacaq, 60 məruzəçi, 120 şirkət, sektoru təmsil edən 2 000 nümayəndə iştirak edəcək.

İki gün davam edəcək Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır.

Sammiti giriş sözü ilə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev açıq elan edib. Daha sonra açılış nitqində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Fərid Osmanov, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Fərid Əhmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, VISA şirkətinin vitse-prezidenti, Azərbaycan və Mərkəzi Asia üzrə regional meneceri Kristina Doros çıxış ediblər.

Sammitdə Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrindən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

1500 iştirakçının qatılacağı sammitdə 50-yə yaxın spikerin əlaqədar mövzularda çıxış etməsi gözlənilir.

Qeyd edək ki, sammit ölkənin maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərinin, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıları bir araya toplayan, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu