fbpx

“Formula 1” Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


“Formula 1” Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Meksika və Avstriyanın Dövlət himnləri səsləndirilib.

Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Qeyd edək ki, “Red Bull Racing” komandasının meksikalı pilotu Serxio Peres Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü pillədə yer alıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Formula #Azərbaycan #QranPrisinin #qalibləri #mükafatlandırılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu