fbpx

“Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürür

BEY.AZ informasiya agentliyi xəbər verir

Bu gün “Formula 1” və “Formula 2” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

Metbuat.az xəbər verir ki, “Formula 1” yarışı Bakıdakı 6-cı Qran-pridir.

İlk yarış günündə “Formula 1″də iki sərbəst yürüş, “Formula 2″də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək.

Bakı halqasında fan-zonanın qapıları saat 10:00-da açılacaq. İlk olaraq trekə “Formula 2” pilotları çıxacaq. 11 komandanın 22 sürücüsü sərbəst yürüşə qatılacaq.

Ardınca əsas yarış hesab olun “Formula 1″də birinci sərbəst yürüş başlayacaq. Günə ikinci dərəcəli turnirin sıralama turu və nəhayət, “Formula 1″in ikinci sərbəst yürüşü ilə yekun vurulacaq.

Azərbaycan Qran-prisi

10 iyun

10:00. Azarkeş zonasının qapıları açılır

“Formula-2”
12:35 – 13:20. Sərbəst yürüş

“Formula-1”
15:00 – 16:00. I sərbəst yürüş

“Formula-2”
16:30 – 17:00. Sıralama turu

“Formula-1”
18:00 – 19:00. İkinci sərbəst yürüş

21:00. Azarkeş zonasının qapıları bağlanır.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu