fbpx

Fransa Danimarkanı məğlub etdi – DÇ-2022

BEY.AZ informasiya agentliyi xəbər verir


Qətərdə keçirilən futbol üzrə dünya çempionatında D qrupunun digər oyununda Fransa və Danimarka komandaları qarşılaşıblar.

Metbuat.az xəbər verir ki, görüş Fransa yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Fransanın qollarını 61-ci və 86-cı dəqiqələrdə Kilian Mbappe vurub. Danimarka millisində isə 68-ci dəqiqədə Andreas Kristensen fərqlənib.

Bununla da ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci yerdə qərarlaşıb və qrupdan çıxmağı təmin edib, Avstraliya isə 3 xalla ikinci yerdədir. Danimarka və Tunis komandaları isə hərəyə 1 xalla 3-cü və 4-cü yerləri bölüşürlər.

Günün son oyunu saat 23:00-da Argentina və Meksika yığmaları arasında olacaq.

Qeyd edək ki, günün ilk oyununda – D qrupunda Avstraliya yığması Tunis komandasını 1:0 hesabı ilə məğlub edib. Günün digər matçında – C qrupunda Səudiyyə Ərəbistanı Polşa millisinə 0:2 hesabı ilə məğlub olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu