Fransa Qəzza sahilinə xəstəxana gəmisi göndərib
Fransa Qəzzaya xəstəxana gəmisi göndərib.
BEY.AZ xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr Nazirliyinin “X” hesabında məlumat verilib. Bildirilib ki, bu gün günorta saatlarından Fransa Dəniz Qüvvələrinə məxsus “Tonnerre”gəmisi İtaliyanın cənubundadır və oktyabrın 29-da öz əməliyyat zonasına çatacaq.
“”Tonnerre” gəmisi oktyabrın 25-də Toulon limanından Yaxın Şərqə doğru yola çıxan amfibiya vertolyot daşıyıcısıdır. 199 metr uzunluğunda, 32 metr enində olan və 200 dənizçi ilə təchiz edilmiş “Tonnerre”, dörd reanimasiya çarpayısı da daxil olmaqla, altmışdan çox çarpayı yerləşdirə bilən yüngül, çox yönlü və modul tipli xəstəxana tutumuna malikdir. Burada həmçinin iki əməliyyat otağı, rentgen otağı və stomatoloji kabinet var”, – məlumatda deyilir.