fbpx

Fransa Qəzza sahilinə xəstəxana gəmisi göndərib

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Fransa Qəzzaya xəstəxana gəmisi göndərib.

BEY.AZ xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr Nazirliyinin “X” hesabında məlumat verilib. Bildirilib ki, bu gün günorta saatlarından Fransa Dəniz Qüvvələrinə məxsus “Tonnerre”gəmisi İtaliyanın cənubundadır və oktyabrın 29-da öz əməliyyat zonasına çatacaq.

“”Tonnerre” gəmisi oktyabrın 25-də Toulon limanından Yaxın Şərqə doğru yola çıxan amfibiya vertolyot daşıyıcısıdır. 199 metr uzunluğunda, 32 metr enində olan və 200 dənizçi ilə təchiz edilmiş “Tonnerre”, dörd reanimasiya çarpayısı da daxil olmaqla, altmışdan çox çarpayı yerləşdirə bilən yüngül, çox yönlü və modul tipli xəstəxana tutumuna malikdir. Burada həmçinin iki əməliyyat otağı, rentgen otağı və stomatoloji kabinet var”, – məlumatda deyilir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Fransa #Qəzza #sahilinə #xəstəxana #gəmisi #göndərib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu