fbpx

Fransa Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir

BEY.AZ informasiya agentliyi xəbər verir


Fransa hakimiyyəti anti-Rusiya sanksiyalarını sərtləşdirməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun administrasiyasına istinadən “Politico” qəzeti yazıb.

Yelisey sarayının sözçüsü Makronla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığından sonra deyib: “Bu gün biz açıq şəkildə anladıq ki, sanksiyaları sərtləşdirməliyik”.

O, həmçinin qeyd edib ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub və saat yarım davam edib, lakin konkret nəticələr olmayıb.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib.

ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu