Fransada seçki məntəqəsinin sədrinə hücum edildi
Fransanın cənubunda parlament seçkilərinin birinci turunda səsvermə başlamazdan əvvəl seçki məntəqəsinin sədrinə hücum edilib.
BEY.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Nitsa şəhərinin meri Kristian Estrosi “X” sosial şəbəkəsində yazıb.
“Bomet məktəbindəki seçki məntəqəsinin sədrinə Respublikaçılar Partiyasının lideri Erik Skiotti tərəfindən təyin edilmiş müşahidəçinin hücumunu şiddətli şəkildə qınayıram”, – mer qeyd edib.
“Nitsa-Matin” qəzetinə görə, müşahidəçi seçki komissiyasının tərkibinə etiraz edib. Erik Skiotti müşahidəçinin zorakılığını pisləyib və onun davranışını “açıq-aşkar yersiz” adlandırıb.
Müşahidəçi polis tərəfindən saxlanılıb.
İyunun 30-da Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin birinci turu keçirilir
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |