fbpx

Kəklikotu çayı erkən yaşlanma əlamətlərinin qarşısını alır

BEY.AZ informasiya agentliyi xəbər verir

Kəklikotu çayı soyuqdəymə, bronxit və öskürək kimi xəstəlikləri aradan qaldırır, selikli qişaları qurudur və öskürəkdən xilas olmaq üçün bronxial keçid spazmını sakitləşdirir. Eyni zamanda, infeksiyalara qarşı mübarizə aparan antiseptik xüsusiyyətlərə malikdir. Boğaz ağrısını və öskürəyi sakitləşdirir. Kəklikotunun tərkibi efir yağları, minerallar, faydalı fenollar və flavonoidlərlə zəngindir. Kəklikotu xora, iltihab problemlərindən əziyyət çəkənlər üçün də olduqca faydalıdır.

Metbuat.az AZƏrTAC-a istinadən xəbər verir ki, kəklikotu ayaqlarda baş verən revmatik ağrılar zamanı əzələlərin yığılmasının qarşısını alır və ağrıları yüngülləşdirir.

Kəklikotunun antiviral təsiri səbəbindən qripin tez və yüngül keçməsinə kömək edir. Yüksək hərarət, öskürək, boğaz ağrısı, iştahasızlıq, əzələ və sümüklərdə ağrılar qripin ən əhəmiyyətli əlamətləridir. Gün ərzində 3 dəfə kəklikotu çayı içməklə bu halların qarşısını almaq mümkündür.

Kəklikotunun tərkibində olan karvakrol xərçəng xəstəliyindən qoruma xüsusiyyətinə malikdir və bu da bitkini potensial xərçənglə mübarizə aparan qida maddəsi edir. 2015-ci ildə “Anti-Cancer Drugs” jurnalında dərc edilən bir araşdırma göstərdi ki, karvakrol xərçəng hüceyrə xəttinin yayılmasına və hərəkətinə maneə törədir.

Kəklikotu çayı tərkibindəki antioksidant və yüksək miqdarda flavonoidlər səbəbindən sağlam hüceyrə funksiyasını qoruyur, hüceyrələrdə və orqanlarda erkən yaşlanma əlamətlərinin qarşısını alır.

Tədqiqatlar kəklikotunun yüksək təzyiq probleminə də yaxşı təsir etdiyini göstərib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu